- 14 İyun 13:17
2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.
Elm Təhsil Nazirliyindən e-huquq.az-a bildirilib ki, bu günədək 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.
Proses sentyabrın 12-inə qədər davam edəcək.
"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə nazirilyin məlumatında qeyd olunub.