- 20 İyun 13:28
"Son günlərdə regionda baş verən hadisələr fonunda Azərbaycan özünün uzaqgörən siyasətini bir daha nümayiş etdirmiş oldu. İranda baş vermiş hadisələr uzun müddət quru sərhədlərin bağlı saxlanılmasının nə dərəcədə düzgün və uzaqgörən qərar olduğunu da təsdiqlədi".
E-huquq.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Deputatın sözlərinə görə, bu hadisə, həmçinin bir çox ölkələrin Azərbaycana olan etimadını da əyani şəkildə göstərdi: "77 ölkə Azərbaycanla əlaqə saxlayaraq vətəndaşlarının təxliyyəsini xahiş etdi. Azərbaycan bu prosesi yüksək peşəkarlıqla həyata keçirdi, təxliyə olunan şəxslərə ilkin yardım göstərdi, onların yerləşdirilməsi və qidalanma məsələlərini də öz üzərinə götürdü. Avstraliya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycan xarici işlər nazirinə zəng edərək təşəkkür etməsi göstərir ki, Azərbaycan milli maraqlarına əsaslanan və düşünülmüş daxili-siyasi kursunu uğurla davam etdirir. Şübhəsiz ki, gələcəkdə də Azərbaycanın adını beynəlxalq arenada daha yüksək səviyyədə eşidəcəyik".
Şəbnəm Mehdizadə