- 17:11
İyunun 22-i saat 15:00-a olan faktiki havaya əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.
Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.
Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.