Hava ilə bağlı xəbərdarlıq: Leysan yağacaq


  • 13:08

Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

"Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur", - məlumatda deyilir.

Oxşar xəbərlər