"Yeni virus olduğundan biz də bir çox şeylər öyrənirik. Xəstəliyin və aşkar olunan ölkələrin sayı çoxaldığından pandemiya hesab edildi. Biz profilaktik tədbirləri bu gün də davam etdiririk".
E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.
Onun sözlərinə görə, COVID-19-u pandemiya elan etdikdən sonra ölkələr çağırış edildi ki, bütün cəhdlərini səfərbər etsinlər: "Azərbaycana da müraciət edərək virusun erkən araşdırılması məsələsinə önəm vermələrini tövsiyə edirik. Səhiyyə orqanları ilə görüşümüzdə əsas diqqət yetirilməli olan məsələləri müzakirə etmişik".
Mənbə: Report
