- 11 İyul 20:39
7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib.
E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma nəticəsində yaranan vakant dərs saatlarının bölüşdürülməsi hazırda tədris edən müəllimlər arasında bölüşdürülmə və müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılma istiqamətdə aparılır: “Bu yanaşma həm mövcud müəllimlərin əlavə dərs yükü ilə stimullaşdırılmasını, həm də yeni namizədlərə imkan yaradılmasını nəzərdə tutur. Bu mexanizm ədalətli bölgü, keyfiyyətli müəllimlərin sistemdə saxlanılması və resursların optimal idarə olunması məqsədi daşıyır”.