- 23 İyul 19:39
Sabirabadın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, diametri 225 və 219 mm-lik “Suqovuşan-Muğan” orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad şəhərinin Muğan prospektində, M.S.Ordubadi küçəsində və Suqovuşan kəndində (ümumi 983 abonent) qaz təchizatı dayandırılacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.