Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsi başladı


  • 11:27

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsinə start verildi.

E-huquq.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanıldı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər", - məlumatda bildirilib.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Oxşar xəbərlər