Bakıda küləyin sürəti saniyədə 16 metrə çatdı - FAKTİKİ HAVA


  • 9 Avqust 11:41

Avqustun 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Goranboyda 19, Naftalanda eləcə də Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər