- 19:23
11 avqust 18:00-dan peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.
Bu barədə e-huquq.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.
"Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, eyni zamanda “şəxsi kabinet” bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16 – 25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir",- məlumatda qeyd olunub.
Qeyd edək ki, peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.