Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatdı - YENİLƏNDİ


  • 28 Dekabr 2025 17:53

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatıb.

Bu barədə e-huquq.az-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 35, Parağaçaq Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28 sm, Biçənək kəndində 22 sm, Şərurun Axura kəndində isə 12 sm qeydə alınıb.

***

09:46

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3 000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.

Oxşar xəbərlər