Yanvar ayının pensiya ödənişi yekunlaşıb


  • 12:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Oxşar xəbərlər

  • 18 Yanvar 12:51
Sabah qar yağacaq