- 12:25
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 8,93% artaraq 1 barelə görə 93,44 ABŞ dolları təşkil edib.
E-huquq.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 12,21% artaraq 90,9 ABŞ dollarına bərabər olub.