- 13:05
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Bu barədə e-huquq.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.