Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA


  • 20:29

Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

Oxşar xəbərlər