- 20 Aprel 12:36
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11,5 min şəxsə əlillik təyin edilib.
Bu barədə e-huquq.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 5,3 min şəxsə ilkin, 6,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb: "Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".