- 19 Aprel 22:16
Bu ilin yanvar-mart aylarında 10 102 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
E-huquq.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 60,96 %-ni kişilər, 39,04 %-ni isə qadınlar təşkil edib.