- 22 Aprel 20:20
IV və VI siniflərdə təhsilalanların monitorinqinə hazırlıq mərhələsi məqsədilə aprelin 27-si saat 18:00-dan etibarən sözügedən siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.
E-huquq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelın 30-ü saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.