Bəzi rayonlara dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ


  • 20:45

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar xəbərlər