- 18 May 10:45
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il ərzində ölkədə 48 min 546 nikah və 20 min 675 boşanma halı qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda qeyd olunub.
Qeyd olunub ki, boşanmaların sayında xüsusilə 2023–2025-ci illərdə azalma müşahidə olunub. 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.