- 16 İyun 16:08
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.