Dünya bazarlarında neft bahalaşdı


  • 14:00

Dünya enerji bazarlarında neftin qiyməti yüksəlib, təbii qaz isə ucuzlaşıb.

E-huquq.az xəbər verir ki, ABŞ-ın WTI markalı xam neftinin iyul fyuçersləri 1,23% və ya 0,94 dollar artaraq bir barel üçün 77,54 dollara yüksəlib. Brent markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,90% və ya 0,72 dollar bahalaşaraq 80,57 dollar təşkil edib.

Neft məhsulları bazarında da artım qeydə alınıb. RBOB benzinin qiyməti 0,31% artaraq 300,41 sent/qalon, istilik mazutunun (Heating Oil) qiyməti isə 2,15% yüksələrək 319,45 sent/qalon olub.

Eyni zamanda, təbii qazın iyul fyuçersləri 1,08% və ya 0,04 dollar ucuzlaşaraq 3,20 dollar/MMBtu səviyyəsinə düşüb.

Analitiklər neft bazarındakı bahalaşmanı Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və enerji təchizatına dair narahatlıqlarla izah edirlər. Təbii qaz bazarında isə tələb gözləntiləri və hava şəraiti qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.

Oxşar xəbərlər