Məzmuna keç

FHN-dən əhaliyə xəbərdarlıq:

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

E-huquq.az xəbər verir ki, nazirliyin yaydığı rəsmi müraciətdə küləkli hava şəraitində dənizə girməyin son dərəcə təhlükəli olduğu xatırladılır və əhali müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırılır.

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı "112" qaynar telefon xəttinə zəng edin", — deyə FHN-in müraciətində vurğulanır.