Bəzi rayonlarda leysan yağdı - FAKTİKİ HAVA


  • 10:30

İyulun 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır.

Oxşar xəbərlər