Məzmuna keç

Deputat: “Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur”

"Biləsuvar susuzdur, Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb".

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Millit vəkili bu gün bir daha aidiyyatı strukturlardan məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edib: "Biləsuvara kömək lazımdır. Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur.
Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır".