Bakı sakinlərinə sabah küçəyə çıxmaqla bağlı xəbərdarlıq edildi


  • 31 İyul 2020 12:27

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə e-huquq.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. Avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Oxşar xəbərlər