Məzmuna keç

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlandı –

Sabah, 17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 12-15 dərəcə isti olacaq.

***

12:04

Avqustun 16-sı səhərədək Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağışın miqdarı Lerikdə 17, Sabirabadda 15, Astara, Yardımlıda 9, İmişlidə 8, İsmayıllıda 5, Cəfərxanda 4, Şamaxıda 3, Lənkəran, Zərdabda 2, Şabran, Tərtər, Yevlax, Balakən, Oğuz, Xınalıq, Qrız, Qəbələ, Mərəzə, Qusar, Göyçay, Altıağac, Şahdağ, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-26, aran rayonlarında 26-29, dağlıq rayonlarda 14 dərəcəyədək, Naxçıvan MR-da 27-32 dərəcə isti olub.