Azərbaycanın Ordusunun işğaldan azad etdiyi Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb.
E-huquq.az-ın məlumatına görə, məsciddə öncə azan oxunub. Daha sonra burada olan əsgərlər namaz qılıb.
Qeyd edək ki, Ordumuz Şuşanı noyabrın 8-də işğaldan azad edib.
