Məzmuna keç

Ölkə ərazisində yaşı 65-dən yuxarı olan şəxslərə zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunur

Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

E-huquq.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib.