Hansı hallarda yeni kassa aparatlarının istifadəsi zamanı vergi güzəştləri edilmir?


  • 27 Noyabr 2020 13:39

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını (NKA) quraşdıran vergiödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət kassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

E-huquq.az Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

- NKA 2019-cu ilin yanvarın 1-dək quraşdırıldıqda

- nəzarət-kassa aparatı 2019-cu ilin yanvarın 1-dən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə

- nəzarət-kassa aparatı 2019-cu ilin yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Oxşar xəbərlər