"AZGRANATA" MMC: "Topçu" adlı məhsul istehsal etməmişik


  • 30 Noyabr 2020 13:54

"AZGRANATA" MMC “Topçu” adlı yeni araq məhsulunun istehsalı ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Şirkətin İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev e-huquq.az-a açıqlamasında bildirib ki, "AZGRANATA" MMC “Topçu” adlı araq məhsulu istehsal etməyib.

"Cəmiyyətdə yaranan əsassız ajiotajla əlaqədar bildiririk ki, biz bu adda məhsul istehsal etməmişik. Satışda bu adda məhsulumuz yoxdur. Təəssüflər olsun ki, dövlətimiz, cəmiyyətimiz üçün həssas olan məsələlərdə lüzumsuz olaraq şirkətin adı hallanır. Şirkətin uğurlu fəaliyyətini və məhsullarını göstərmək əvəzinə, ayrı-ayrı şəxslər özlərini “reklam” etmək üçün sosial şəbəkələrdə müzakirə mövzuları yaradıblar. Bir daha bəyan edirik ki, "AZGRANATA" şirkəti bütün fəaliyyətini qanuni şəkildə həyata keçirir", - deyə Ş.Mirzəyev qeyd edib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə üzərində İkinci Qarabağ müharibəsində topçu kimi məşhurlaşmış Vüsal Şahkərimovun təsviri olan “Topçu” arağının fotosu yayılıb.

Bu içkiyə məhz döyüşçümüzün şəklinin vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələnin hüquqi tərəfləri, Müdafiə Nazirliyindən və həmin hərbi qulluqçunun özündən icazəsinin alınıb-alınmaması müzakirə mövzususuna çevrilib.

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu