Azad edilmiş ərazilərə getmək təhlükəlidir - RƏSMİ


  • 30 Noyabr 2020 14:40

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir. Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər".

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu