Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında rekord qeydə alındı


  • 1 Dekabr 2020 14:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

Oxşar xəbərlər