Koronavirusa yoluxanlar nə vaxt xəstəxanaya müraciət etməlidir? - AÇIQLAMA


  • 2 Dekabr 2020 17:01

“Əgər biz zamanında lazımi antiviral müalicəyə başlayırıqsa, sadəcə istirahət edərək 1-2 həftə ərzində bu xəstəliyin digər viruslar kimi bədənimizdən uzaqlaşmasını gözləməliyik”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib. O bildirib ki, evdə tətbiq olunan müalicə zamanı öskürək müşahidə olunursa, bu zaman qandakı oksigen saturasiyasından asılı olaraq xəstəxanaya müraciət edilə bilər.

“Oksigen saturasiyasının ölçülməsinin bir neçə yolu var. Bunun üçün saturometrlər vardır ki, bunu apteklərdən əldə edərək barmaq ucu vasitəsilə rahat şəkildə izləmək mümkündün. Əgər göstərici 90-dan yuxarıdırsa, xəstəxanaya müraciət etməyə ehtiyac yoxdur. Bundan başqa, “Samsung” modelli telefonlardakı “Samsung Health” tətbiqi ilə oksigen saturasiyasını ölçmək olar", - deyə o qeyd edib.

R.Mahmudov vurğulayıb ki, müalicəyə vaxtında başlayan şəxslər ev şəraitində adi qaydada istirahət edərək sağalmaqlarını gözləməlidirlər. "Bu, artıq dünyada qəbul olunmuş reallıqdır. Saturasiyası normal olan insanların xəstəxanalarda yatmamasının ən böyük səbəbi, xüsusilə viral və ağciyər tutulması olan xəstələrin immun sistemi zəif olduğuna görə xəstəxanalarda daha çox xəstəxanadaxili infeksiyalara yoluxma ehtimalıdır. Bu da evdə infeksiyalara yoluxmağımızla müqayisədə on dəfə daha təhlükəli haldır".

Sevgül Qasımzadə

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu