Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır


  • 2 Dekabr 2020 15:14

Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır. Onlar adətən koronavirusu assimptomatik şəkildə keçirirlər. Lakin ailə üzvlərini, xroniki xəstəliklərdən əziyyət çəkən əzizlərini, 65 yaşdan yuxarı olan doğmalarını yoluxdururlar. 20 yaşadək olan vətəndaşlarla ölüm daşıyıcıları da demək olar.

E-huquq.az xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, son elmi tədqiqatlara əsasən 4 faiz insanlarda genetik olaraq immun sisteminin əsas hüceyrələri, yəni makrofajlar bu virusa qarşı interferon tip I sintezlənmir. Ona görə də yaşından, xəstəliyi olub-olmamasından asılı olmayaraq, həmin şəxslər virusa yoluxursa, bu, ölümlə nəticələnə bilər. Bununla yanaşı, virusa yoluxanların 10 faizində autoimmun xəstəlik meydana gəlir. Bu zaman orqanizmimizdə anticisimlər makrofajların interferon sintezləməsinin qarşısını alaraq virusun yaşamasına imkan yaradır. Virus da hər bir canlı kimi yaşamaq istəyir. Nə qədər deyilənlərə əməl etməsək, virusun orqanizmimizdə bir o qədər yaşamasına imkan yaradacağıq”.

Oxşar xəbərlər