Məzmuna keç

“Azəriqaz” qazlaşma səviyyəsi nisbətən aşağı olan rayonların adlarını açıqladı

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hazırda Azərbaycanda qazlaşma səviyyəsi nisbətən aşağı olan bir neçə rayonun adını çəkib.

E-huquq.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər.

Onun sözlərinə görə bura Zaqatala, Qusar, Qax, Gədəbəy və digər bir neçə rayonları misal göstərmək olar.

O bildirib ki, bu ərazilərdə qazlaşma səviyyəsi 70-80 % intervalında dəyişir.