Məzmuna keç

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 9 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 309, bu günə qədər isə ümumilikdə 2 341 807 test icra olunub.