Məzmuna keç

Umayra Tağıyeva: “Hazırkı temperatur rejimi ötən ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır”

Havanın hazırki temperaturu ötən illə müqayisədə 8-10 dərəcə aşağıdır

“Ötən ilin iyul ayı ilə müqayisədə bu il iyul ayı daha sərin keçir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, hazırda temperatur rejimi 2018-ci ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır.

“Hazırda ölkə ərazisində kifayət qədər sərin hava şəraiti müşahidə olunur”, – U. Tağıyeva qeyd edib.