Məzmuna keç

Vahid Əhmədov: “Məhkəmə sistemində kadr islahatlarının aparılmasına ehtiyac var”

İstər sahibkarlar, istərsə də adi vətəndaşlar tərəfindən bununla bağlı kifayət qədər şikayətlər olur

"Ümumiyyətlə, məhkəmə-hüquq sistemində kadr islahatlarına çox böyük ehtiyac var".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

V. Əhmədov deyib ki, yeni yaradılan Kommersiya məhkəmələri Azərbaycanda sahibkarlığın inkişafına müsbət təsir göstərəcək: "Bilirsiniz ki, cənab Prezident "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Bu da həmin islahatlarla əlaqədar atılan addımlardandır. Ən ciddi məsələ məhkəmə sistemində kadr islahatlarının aparılmasıdır. Düşünürəm ki, kadr islahatlarına çox böyük ehtiyac var. İstər sahibkarlar, istərsə də adi vətəndaşlar tərəfindən kifayət qədər şikayətlər olur. Ona görə də kommersiya banklarının yaradılması qərara alındı. Kommersiya banklarının fəaliyyəti ilə əlaqədar məhkəmə sistemində də şəffaflıq təmin olunacaq. Ekspertiza bir mənbədən deyil, bir neçə mənbədən öz həllini tapacaq. Bu baxımdan Kommersiya məhkəmələri sahibkarlığın inkişafına müsbət təsir göstərəcək".

Müəllif: Xəyalə Bünyatova