Məzmuna keç

Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır sabit qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti isə orta-ağır sabitdir", – nazirlikdən bildirilib.