Sabah bəzi marşrutların hərəkət xətti dəyişdiriləcək


  • 25 Fevral 2021 16:29

26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu, Xocalı prospekti, “Ana fəryadı” abidəsinin qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən e-huquq.az-a verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu