Məzmuna keç

“Azəriqaz”ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.

E-huquq.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, "Azəriqaz"İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:

"Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".