Karantin bitir, metro açıla bilər - RƏSMİ AÇIQLAMA


  • 4 May 2021 17:26

"Metronun iyunun 1-dən fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar son vaxtlar koronavirusa yoluxmada göstəricilərin aşağı düşməsi və Nazirlər Kabinetinin müvafiq qərarının iyun ayının 1-nə qədər olması ilə əlaqədardır".

Bunu e-huquq.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, metronun açılaması ilə bağlı səlahiyyət birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur: "Çünki mövcud qərarın verilməsi ölkədə virusun yayılmasının qarşısını alınması, profilaktik tədbirlərin görülməsi ilə bağlı olduğundan qərarı yalnız Operativ Qərargah verə bilər. Metropoliten ancaq texniki vəzifələri, yəni, onun hazırlığını optimal səviyyədə qoruyub saxlamağı icra edir. Hazırda da bu işləri görürük. Dediyiniz məsələ Operativ Qərargahın səlahiyyəti çərçivəsində olduğu üçün mən hər hansısa bir fikir söyləyə bilmərəm. Biz ancaq verilən qərarlar əsasında işləyirik. Bununla bağlı hələ hər hansı tapşırıq daxil olmayıb".

Sevgül Qasımzadə

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu