Məzmuna keç

TƏBİB-dən koronavirusun yeni ştammı ilə bağlı

"Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".

E-huquq.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: "Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək".

Mənbə: Report