Məzmuna keç

İdman sağlamlıq obyektləri iyunun 10-dan açılır

“10 iyun tarixindən idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək”.

E-huquq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O bildirib ki, müəyyən olunmuş qaydalara əməl olunmaqla 10 iyun tarixindən idman sağlamlıq obyektlərinin fəaliyyəti bərpa olunacaq.