Məzmuna keç

Dövlət qulluğuna imtahanların qiymətinin azaldılması təklif edilir

“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərin edilməsinə ehtiyac var”.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, inzibati vəzifələrin təsnifatı üzrə imtahana girən şəxslər 82-100 manat pul ödəyirlər: “İşə girmək istəyənlərin çoxu işsizdir. Bunu nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu qiymətlərə baxmaq lazımdır. Çünki onlar çox yüksəkdir”.