Bu gün Şəki şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Azərbaycan gənc müəllimlərinin Yay Məktəbi" keçirilib.
E-huquq.az xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanov, şəhərin icra başçısının müavini və Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəllimlərə pedoqoji mövzular üzrə təlimlər keçirilib.
23-26 iyul tarixlərində keçirilən layihə çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi aparıblar.
Tədbir zamanı bildirilib ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov gənc müəllimlərə öz tövsiyələrini verərək, müəllim adının yüksək olduğunu bildirib. O, təhsil sahəsində aparılan müsbət islahatlardan danışıb, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycan təhsilinin tərəqqisi naminə yaradılan şəraiti müsbət qiymətləndirib.
Sonda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim edilib.
