Məzmuna keç

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 47 366 nəfər vaksinasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 735 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 513 085, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 581 890, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 931 195 nəfər təşkil edir.