Məzmuna keç

Şəkidə uzun müddət istismarda olan qaz xəttləri yenilənir

"Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir.

Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.

Qeyd edək ki, respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.