"Son zamanlar mənzil-tikinti kooperativləri (MTK) tərəfindən sakinlərdən "kommunal xidmətə" görə haqq tələb edilməsi halları artıb. Prosesə kollektorlar, vəkillər və sair də qoşulub".
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, MTK binanı sakinlərə təhvil verəndən sonra ləğv edilməli və bütün məsələlər sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti formasında həll edilməlidir: "MTK-nin hər hansı xidmət göstərməyə hüququ yoxdur. Odur ki, bu tələblə müraciət edənə sadəcə "Get hoppan!" deyin. Sizi məhkəməyə versələr, öz qanunsuz fəaliyyətləri ifşa olunacaq. Binanıza sahib çıxın, binaya xidmət göstərəni özünüz seçin. Min cür oyundan çıxan MTK-ləri isə tarixə qovuşdurun!".
